Interposta.Info

Rusiyanın yeni “sülhməramlı” planı –

Siyasət
 9-09-2017, 10:14     10 542

Putinin Donbasla bağlı təklifinin arxasındakı əsas hədəf; Kreml Dağlıq Qarabağa hərbi qüvvə yeritmək istəyir? Ukraynalı analitik: “İki münaqişəyə Rusiyanın yanaşma tərzi fərqlidir...”

Bu günlərdə Çində səfərdə olan Rusiya prezidenti mıtbuat konfransında maraqlı bir açıqlama verdi. Putin rısmi Moskvanın Donbasda təmas xəttinə BMT sülhməramlı qüvvələrin yerdilməsi ilə bağlı BMT-yə müraciət edəcəyini bildirdi. Elə bu açıqlama isə ekspert dairələrində ən müxtəlif yozumlara yol açdı.

Bəzi təhlilçilərə görə, bu, Kremlin Donbas məsələsində Rusiyanın geri addım atmağa hazırlaşması kimi qiymətləndirilə bilər. Belədisrsə, o zaman bu, o anlama gəlmirmi ki, Kreml postsovet məkanındakı digər konfliktlər, o cümlədən Dağlıq Qarabağ ixtilafı ilə bağlı ənənəvi mövqeyini dəyişməyə hazırlaşır?

Hələlik bu suala dəqiq cavab yoxdur. Lakin əksər analitiklər Rusiya dövlətinin imperialist mahiyyətini və onun hazırkı liderinin “Yaxın xaric”dəki münaqişələrə ənənəvi yanaşma tərzini nəzərə alıb bu qənaətə gəliblər ki, Donbasda heç bir geri addım atmaqdan söhbət gedə bilməz. Bu sadəcə, Putinin yeni bir hiyləsidir.

*****

O sırada ukraynalı politoloq Vitali Portnikovun Putinin açıqlamasına münasibəti ikinci sıraya aid olmaqla həm də Dağlıq Qarabağ ixtilafı fonunda maraq doğurur.

“Rusiya-Ukrayna və Azərbaycan-Ermənistan konfliktlərini bir-biri ilə müqayisə eləmək düzgün olmaz. Donbasdakı situasiya ilə Qarabağ zonasındakı vəziyyət fərqlidir. Eləcə də Rusiyanın bu iki problemin nizamlanmasına yanaşması müxtəlifdir”. Musavat.com-un məlumatına görə, bu barədə analitik 1 in.am erməni portalına açıqlamasında deyib.

Onun sözlərinı görə, Rusiya prezidenti Putinin Donbasda sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı son bəyanatı heç bir nəticəsi olmayacaq tər-təmiz təbliğati gedişdir. Ukraynalı analitik hesab edir ki, Putin sadəcə, BMT sülhməramlılarından Ukraynanın şərqində yaradılmış qondarma dövlət qurumlarını - Donetsk və Luqansk “respublikaları”nı legitimləşdirmək məqsədi güdür.

“Rusiya nəticə etibarilə Donetsk və Luqanskı öz ərazisinə birləşdirmək istəmir. Moskva bu kvazi-dövlətlərdən Ukraynada qarışıqlıq yaratmaq üçün faydalanmağa çalışır”, - deyə o qeyd edib.

Bəs belə bir yanaşmanın Dağlıq Qarabağ məsələsinə nə dərəcədə aidiyyəti ola bilər - nəzərə alınsa ki, Qarabağ nizamlanması da beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yeridilməsini nəzərdə tutur və Rusiya çoxdan bu ad altında orada hərbi mövcudluğuna nail olmağa can atır.

Suala ukraynalı analitikin cavabı belə olub:
“Hər halda bu iki situasiyanı bir-biri ilə müqayisə eləmək olmaz. Ona görə ki, vəziyyətlər də, Rusiyanın yanaşmaları da burada müxtəlifdir. Bir halda söhbət Azərbaycanla Ermənistan arasında problemdən gedir, Ukrayna nümunəsindəki kimi Rusiya ilə başqa bir tərəf arasında yox”.

*****

Ancaq o da faktdır ki, Rusiya Qarabağ məsələsində faktiki, münaqişə tərəfi, Ermənistanla işğal ortağıdır. Belə olmasaydı, konflikt çoxdan həllini tapmışdı. Ya sülh yolu ilə, ya da Azərbaycan hərbi gücü hesabına öz ərazi bütövlüyünü çoxdan bərpa edə bilərdi.

Hamı bilir ki, bu yolda əsas maneə məhz Moskva və onun məsələdə tutduğu destruktiv roldur. Yenə məhz Moskvanın bu mövqeyi nəticəsində İrəvan Qarabağ problemi ilə bağlı ciddi söz sahibinə malik deyil. Yəni, məlum olur ki, əslində Ukrayna (Donbas) nümunəsindəki kimi Qarabağ məsələsində də iki münaqişə tərəfindın biri yenə Rusiyadır.

İkinci yandan, Dağlıq Qarabağ məsələsində də Kreml sülhməramlı qüvvələri heç də sülhü möhkəmlətmək naminə yox, sırf öz regional maraqları naminə, konflikti dondurmaq üçün yeritmək istəyir. Sadəcə, Azərbaycan Kremlin bu bəd niyyəti və planından xəbərdar olduğu üçün razılıq vermir. Hər halda bizə münaqişənin təzədən dondurulması yox, birdəfəlik həlli lazımdır. Çünki dondurulmuş münaqişə gələcəkdə yeni-yeni qurbanlar, gənc həyatların itirilməsi, iqtisadi itkilər deməkdir - hansı ki, Kremli əfsuslar olsun ki, qayğılandırmır. Elə Kremlin satelliti Ermənistanı da.

İşğalçı ölkədə hələ də belə bir illüziya yaşanır ki, Moskva nə vaxtsa Qarabağ problemini onun xeyrinə həll edəcək. O üzdən İrəvan Moskvanın istənilən şərtinə hazır görünür. Ancaq nahaq yerə. Ötən 29 illik zaman göstərdi ki, Rusiyanı bu məsələdə yalnız öz maraqları düşündürür.

*****

“Ermənistan rəhbərliyi artıq Qarabağ məsələsində uduzur və buna görə də müstəqilliyini hissə-hissə Rusiyaya həvalə etməyi əsas istiqamət olaraq götürüb”. Bu sözləri Axar.az-a Rusiya və Ermənistanın hava hücumundan müdafiə ilə bağlı Vahid Regional Sistemin yaradılması müqaviləsinin reallaşdırılmasına başlaması və bunun regiona təsirləri ilə bağlı bəzi suallara aydınlıq gətirən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O bildirib ki, İrəvanı bu anlaşmaya vadar edən Qarabağdakı vəziyyət və Ermənistanın Qarabağ siyasətinin iflasıdır.

“Bunu nəzərə alan Qarabağ klanı hazırda müstəqilliyini hissə-hissə Rusiyaya həvalə edir. İrəvanın əsas siyasi məqsədi Moskvanı heç olmasa, hipotetik şəkildə Qarabağ münaqişəsinə çəkməkdir. Həmçinin, bu məsələnin hərbi tərəfləri var. Ermənistanın hazırkı imkanları işğalçının Azərbaycana qarşı mümkün hava müharibəsinə tab gətirə bilməsini mümkünsüz edir. Ona görə də İrəvan bu addımla Rusiyadan faydalanmağa və mümkün hava hücumları zamanı Moskvanın hesabına hanısa uğur əldə etməyə çalışır. Lakin Ermənistan gözəl bilir ki, Rusiya heç bir şəraitdə Qarabağdakı döyüşlərə müdaxilə etməyəcək. Çünki bu, beynəlxalq hüquqa və Bakı-Moskva münasibətlərinə ziddir. Bəs Moskva nə istəyir? Rusiya ABŞ və Qərblə pisləşən münasibətləri və son zamanlar NATO-nun Qafqazda Gürcüstanla birgə təlimləri fonunda Ermənistanla bu anlaşmaya girərək öz mövqelərini gücləndirmək və bu ölkənin hərbi obyektlərini öz cənub hava müdafiə sistemlərinin tərkib hissəsinə çevirmək istəyir. Rusiyanın əsas məramı isə Suriyadakı Xmeymim hərbi bazasıyla Ermənistan ərazisindəki hava sahəsini nəzarət altına götürməkdir. Əlbəttə ki, bu, yaxşı hal deyil. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Qarabağ müharibəsi alovlanan zaman bu konfliktdə iştirak etməyəcəklər”, - deyə o qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaşiqəsinin həll edilməməsində Qərbi təqsirkar saymasına münasibət bildirən ekspertin fikrincə, Lavrov belə bəyanatla Azərbaycan ictimaiyyətini aldada bilməz: “Biz çox gözəl bilirik ki, münaqişənin səbəbkarı kimdir, eyni zamanda Rusiya və Qərbin Qarabağdakı siyasəti və bu iki dövlətin Ermənistanla olan əlaqələrindən də xəbərdarıq. Lavrov Rusiyanın Qərblə, xüsusilə ABŞ-la olan kəskin qarşıdurmasından irəli gələn son bəyanatıyla təqsirkarın Rusiya deyil, Qərb olduğunu göstərməyə çalışır. Əslində isə Qarabağ konfliktinin alovlanmasının, Azərbaycan torpaqlarının işğalının və münaqişənin həll olunmamasının arxasında hansı dairələr və ölkələrin durduğundan xəbərdarıq”.

Bu ölkələrin önündə əlbəttə ki, Rusiya gəlir. Rusiya üçün bu münaqişə həm də biznes maraqlarına (silah satışına) görə gərəkdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26