Interposta.Info

“Azərbaycanın suverenliyi təmin olunmalıdır...” - ABŞ-ın Qarabağ şərti

Siyasət
 24-08-2017, 13:00     9 274

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair önəmli fikirlər səsləndirib

Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.

Sənəd sensasion müddəalardan ibarətdir və Ermənistanda şok effekti yaradıb. Çünki sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət gedir.

Sadaladığı altı elementdə səfir Hoqland danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb.

Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.

Birinci olaraq, o, hesab etdiyini bildirib ki, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü-idaərçiliyi təminat altına alsın.

İkinci element olaraq səfir Hoqland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.

Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər, (amerikalı həmsədr məhz “işğal edilmiş” termini işlədib.-müəl.) Azərbaycanın nəzarətinə verilməlidir. “Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir”- diplomat bildirir.

Bundan əlavə, Riçard Hoqland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.

Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.

“Amerikanın səsi” Riçard Hoqlandın təqdim etdiyi prinsipləri “Təcili” qrifi ilə yayıb. Olduqca maraqlıdır ki, amerikalı diplomat bu prinsipləri Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşündən saatlar sonra yaymağı qərara alıb. Hansı ki, Riçard Hoqlandın təqdim etdiyi prinsiplər böyük ölçüdə münaqişənin nizamlanmasına dair Azərbaycanın illərdir israr etdiyi ədalətli həlli tapmağa imkan verə bilər. Çünki bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində (Laçın rayonunun bir hissəsi çıxılmaqla) suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini və yekun statusun qarşılıqlı anlaşmaya əsaslanan səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tutur.

Ermənistan Xarici İşlər Nazirliyi Riçard Hoqlandın yaydığı bu sənədi şərh etməkdən imtina edib. Lakin erməni mediasının ilkin reaksiyası belədir ki, Amerikanın bu mövqeyi İrəvana ciddi zərbədir və erməni diplomatiyasının uğursuzluğudur. (Amerikanın səsi)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26