Interposta.Info

Azərbaycan bu ölkə ilə vizanı ləğv etdi

Siyasət
 18-08-2017, 15:33     10 432

Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

Report xəbər verir ki, sazişi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıblar.

İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26