Interposta.Info

Qarabağla bağlı konkret plan... – Məmmədyarov

Siyasət
 17-07-2017, 18:54     1 640

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planın müzakirəsi təmin olumalıdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov RİA-ya müsahibəsində deyib.

“Nazirlərin görüşü zamanı ölkə başçıları səviyyəsində görüşün təşkil olunması təklifi səsləndi. Xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdır. Görüşlər münaqişənin nizamlanması prosesində vacib elementdir”, - deyə Məmmədyarov bəyan edib.

Elmar Məmmədyarov həmçinin bildirib ki, bu görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir:

“Əgər prezidentlər səviyyəsində görüş təşkil olunursa, hesab edirəm ki, həmsədrlər tərəfindən münaqişənin nizamlanması üzrə planın müzakirəsi və həyata keçirilməsinin təşkili olduqca önəmlidir. Məhz buna görə biz həmişə danışıqların substantiv xarakterinin vacibliyini vurğulayırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26