Interposta.Info

Elmar Məmmədyarov:

Siyasət
 9-02-2017, 16:08     753

Elmar Məmmədyarov:
Bakı Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırdır. Lakin bu görüşün konkret müddəti ilə bağlı təklif hələ yoxdur.

Virtualaz.org xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib.

“Bu ideya mən Moskvada olanda səsləndi. Sergey Viktoroviç (Lavrov) Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyi təklif etdi. Mən ona dedim ki, buyur, mən hazıram”-Məmmədyarov bildirib.

Bununla bağlı nazir deyib ki, görüşün təxmini vaxtı müzakirə olunmayıb. “Bu, qrafiklərin uzlaşdırılmasını tələb edir. Hələlik konkret vaxtla bağlı bizə təklif daxil olmayıb, ancaq görüşə prinsipial razılığımız var”-nazir deyib.

Xatırladaq ki, Məmmədyarov Moskvaya səfərinin yekunlarını şərh edərkən Lavrovla danışıqların nəticələrindən "optimist olmadığını" demişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26