Interposta.Info

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri tezliklə görüşəcəklər

Siyasət
 6-09-2019, 13:58     10 576

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu görüş artıq planlaşdırılıb. Ancaq çox təəssüf ki, görüşümüzün vaxtı barədə heç nə deyə bilmərəm. Çünki görüşün tarixinin iki ölkə tərəfindən eyni vaxtda elan olunması barədə razılaşma var”, - deyə Z. Mnatsakanyan bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Z. Mnatsakanyan arasında sonuncu görüş iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26