Interposta.Info

"ABŞ Fars körfəzində bir güllə ilə iki dovşan vurub" — Hərbi ekspert

Siyasət
 15-06-2017, 19:01     595

Qətər ABŞ-dan 12 milyardlıq "F-15" alır.

Qətərin atdığı bu addım təkcə silah alışı yox, həm də özünə müdafiəçi qazanmaq kimi dəyərləndirilir. Çünki Qətərə qarşı ən sərt reaksiyanı göstərən Səudiyyə Ərəbistanı illərdir ki, ABŞ-dan ən çox silah alan ölkədir. Qətər bu gedişlə Səudiyyənin ən böyük müttəfiqini özünə dost edərək, baş verənləri aradan qaldırmağa çalışır.


interposta.info xəbər verir ki, baş verən son proseslər barədə hərbi ekspert Üzeyir Cəfərov "Ölkə.Az"-a danışıb:

"ABŞ Fars körfəzində bir güllə ilə iki dovşan vurub. Qətər yaxınlaşan təhlükənin qarşısını almaq üçün silah satıb. Keçmiş MDB məkanında da Rusiyanın belə bir prinsipi var idi. İndi ABŞ o prinsiplə hərəkət edir. Qətər də ətrafında baş verən proseslərdən narahatçılıq keçirir deyə ABŞ-dan hərbi təyyarələr alıb. Bu təyyarələr də adi yox, döyüş təyyarələridir. Ən azından keçid dövrü, bu gərginlikdən çıxmaq üçün rəsmi Dohaya bu təyyarələrin alınması hava-su kimi lazımdır.

Prinsip etibarı ilə düəndən başlayaraq Qətərə qarşı atılan addımların yumşaldılması prosesi hiss olunur. İstər Səudiyyə Ərəbistanı, istərsə də digər ölkələr tərəfindən Qətərə çox böyük təzyiqlər edilib. Hətta diplomatik əlaqələri belə kəsmişdilər və bu addımı atan ölkələrin münasibətlərində yumşalmalar hiss olunur. Bu yumşalmalar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həm Səudiyyə rəsmiləri, həm də digər ölkələrin nümayəndələri ilə danışığından sonra bir qədər də artacaq. Faktiki olaraq Türkiyə Qətərlə bağlı bir qarant rolunu oynamağa çalışdı və bunu da hələlik ustalıqla həyata keçirir.

Silahın alınması o demək deyil ki, Qətərlə bağlı təhlükə sovuşub. Silah almaqda Qətərin əsas məqsədi odur ki, özünə ABŞ kimi müttəfiq və müdafiəçi qazansın".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26