Interposta.Info

ABŞ hərbi gəmilərini Qətərə göndərdi –

Dünya
 15-06-2017, 11:19     840

ABŞ donanmasına məxsus iki gəmi Qətərə göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Qətərin rəsmi informasiya agentliyi məlumat yayıb. Gəmilər Qətər donanması ilə birgə hərbi təlimlərdə iştirak edəcək.

ABŞ Prezidenti Donald Trampın Doha əleyhinə “terrorizmə dəstək verir” sözlərinə baxmayaraq, hərbi gəmilər Həməd limanına (Dohanın cənubunda) ötən gün çatıb.

ABŞ-Qətər hərbi təliminin əvvəlcədən razılaşdırılmış təqvim üzrə keçirilməsi diqqətdən qaçmayıb.

Hazırda Qətər terrorizmi dəstəklədiyi iddiası ilə Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ölkələrin siyasi və iqtisadi blokadası altındadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26