Interposta.Info

Tramp

Siyasət
 16-05-2017, 17:51     1 059

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı “İslam NATO-su”nun yaradıldığını elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” informasiya portalı yayıb. Sayt Ər-Riyadın Trampın səfərinə xüsusi önəm verdiyini açıqlayıb:

“Hazırda İranın başı prezident seçkisinə qarışıb. Tehran Ər-Riyadda gerçəkləşəcək Amerika-İslam toplantısını narahatlıqla izləyir. Ona görə ki, qurulması planlaşdırılan ərəb-islam ordusunun məqsədi İŞİD-lə mübarizə olmayacaq. Bu ordu daha çox İran, İraq, Suriya və Livan Hizbullahına qarşı mübarizə aparacaq. “Ərəb NATO-su” ABŞ tərəfindən özəlliklə Yaxın Şərqdəki böhranlarla mücadilə üçün yaradılır. Bu ordu ABŞ və İsraildən də geniş dəstək alacaq”.

Qeyd edək ki, Tramp yaxın zamanlarda ilk xarici səfərinə start verəcək. O, ilk olaraq Səudiyyə Ərəbistanına gələcək və burada Fars körfəzinin ərəb ölkələri ilə görüşəcək. Ər-Riyadda həmçinin Ərəb-İslam sammiti keçiriləcək. Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə qatılacaq.

interposta.info bildirir ki, İran sammitə dəvət edilməyib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26