Interposta.Info

Putin Ukraynanı itirməklə Rusiya üçün böyük fəlakətə imza atıb –

Siyasət
 14-05-2017, 18:41     1 004

“Vladimir Putinin qeyri-adi siyasi səriştəyə malik, habelə bacarıqlı bir geopolitik oyunçu olduğu fikri həm Rusiyada, həm də dünyada olduqca populyardır. Lakin tarixi perpektiv və əhəmiyyət nöqteyi-nəzərindən bu məsələ ilə bağlı qəti fikrə gəlmək çətindir”.

Musavat.com xəbər verir ki, bu sözlər İsveçin keçmiş baş naziri, “The Washington Post” qəzetinin şərhçisi Karl Bildtin müəllif yazısında qeyd olunub.

Karl Bildt Ukrayna-Rusiya münasibətlərinin tarixinə qısa ekskurs edərək, Putinin buradakı rolu üzərində geniş dayanıb.

Bildtin fikrincə, Kiyevlə Moskva arasındakı bağlar Putin hakimiyyətə gələnə qədər olduqca qüvvətli olub. Lakin 2000-ci ildən bu yana Kremlə rəhbərlik edən şəxsin sayəsində Rusiyaya həmişə böyük qardaş kimi yanaşan Ukrayna hazırda ona yalnız düşmən gözü ilə baxır: “Məhz Putinin dövründə Kreml 2004-cü ildəki prezident seçkilərinə Viktor Yanukoviçin xeyrinə kobud müdaxilə həyata keçirdi. Rusiya Kiyevi iqtisadi tədbirlərlə hədələyərək onun Avropa Bilriyi ilə inteqrasiya proseslərini uzun müddətə ləngitməyə müvəffəq oldu.

Rusiyanın energetik şantajına boyun əyən Yanukoviç isə Putinin arzusuna müvafiq olaraq AB ilə assosiativ sazişi imzalamaqdan imtina edərək Kremlə yaxın siyasi və iqtisadi birliklərə qoşulmağa başlayıb.

Məhz Putinin təkidləri ilə Ukraynanın Qərb dünyasından uzaqlaşmasına etiraz etmək üçün küçələrə çıxan xalqa qarşı zorakılıq törədilib və 100-dən çox insan həlak olub.Gəlinən ümumi nəticəni isə hər iki lider üçün fəlakət olaraq qiymətləndirmək olar”.

Müəllif həmçinin qeyd edir: “Yanukoviç ölkəni tərk etməyə məcbur oldu. Putin isə buna Krımın işğalı və Ukraynanın şərq torpaqlarının bir hissəsinin qoparılması ilə cavab verdi. Kreml bütün bunların olduqca asan başa gələ biləcəyini düşünürdü. Güclü teletəbliğat, “balaca yaşıl adamcıqlar”, insanların beyninə hopdurulan millətçi ideyalar, bölgəyə ağır texnikanın yeridilməsi, pulla təsir...bütün bunların əldə olunan qənimətə dəyə biləcəyi güman olunurdu....Lakin əslində belə deyil.... Bu gün Rusiyanın dəstəyi ilə separatçılar Ukraynanın 7%-nə nəzarət etsələr də daima maliyyə yardımına ehtiyac duyurlar. Rusiya isə əvəzində Qərbin sanksiyalarına məruz qalıb.

Ukrayna 2014-cü ildəki fəlakətlə dolu maliyyə situasiydan artıq çıxıb və Avropa Bilriyinin yardımı ilə apardığı islahatlarla demokratiyanı yolda əmin adıdımlarla gedir. Lakin bunun müqabilində Rusiyanın yaratdığı Avrasiya iqtisadi ittifaqı daxili didişmələrlə içəridən zəifləyir, və hətta öz üzvlərinin gözündə əhəmiyyətini itirir”...

Şərhçinin fikrincə, Putin isə tarixdən dərs çıxararaq başqalarının torpağına girməklə dost qazanılmayacağını öyrənməlidir: “Daima ikiyə bölünmüş halda olan Ukrayna indi Rusiyaya müqavimət məsələsində birləşib. Ukraynalıların yeni nəsli isə Rusiyaya artıq nəinki, qardaş, və ya dost, tam əksinə əsl düşmən gözü ilə baxır. Əlbəttə, Putin Krımı geri qaytaran lider rkimi Rusiya tarixinə düşmək istəyə bilər. Bu məsələ hələ açıq qalır. Lakin Rusiya prezidenti əslində çox şeyi itirib. NATO qoşunları Baltik dənizinin üç ölkəsində və Polşada cəmlənib. Avropanın hər yerində müdafiə xərcləri artırılır. Gürcüstan Avropa Birliyinə vizasız çıxış ədə edib. Və nəhayət Ukrayna kimi böyük dövlət heç vaxt Rusiyaya geri dönməyəcək.... Tarixçilərə görə bu Rusiya üçün SSRİ-nin dağılmasından sonra ən böyük fəlakət hesab edilməlidir. Sovet İttifaqı onsuz da əvvəl-axır dağılacaqdı. Lakin Ukrayna fəlakətindən qaçmaq mümkün idi. Bu fəlakət Kremldə oturan bir adamın əli ilə baş verib. İndi bundan sonra Putinin parlaq geopolitik oyunçu olduğunu necə iddia etmək olar...Özünüz düşünün” – deyə, müəllif kiçik istehza ilə yekun cümləsini bitirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26