Interposta.Info

Dünya liderləri Putinin meydan oxumasını necə qarşıladı...

Dünya
 3-03-2018, 17:01     10 370

Son günlərin əsas mövzularından biri də Rusiya prezidenti Vladimir Putinin “Manej” sərgi salonunda Qərbi ultramüasir silahlarla hədələməsi oldu.

Qərb siyasətçiləri vaxtilə Nikita Xruşşovun da “Kuzkina mat” (Xruşşov SSRİ-nin hidrogen bombasını bu cür adlandıraraq kapitalist dünyasını məhv edəcəyi ilə hədələmişdi) söyləmini acı istehza ilə xatırlayırlar.

Musavat.com xarici mediaya istinadən Avropanın aparıcı dövlətlərinin siyasiətçilərinin Putinin çıxışına olan reaksiyaları təqdim edir
Dana Uayt, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi: “Amerika xalqı əmin olsun: biz hər şeyə hazırıq!”

Hizer Nauert: ABŞ Dövlət Departamentinin nümayəndəsi: “Şübhəsiz ki, videoçarxda Rusiyanın ABŞ-a hücum planı təsvir olunur. Bu qeyri-konstruktiv və məsuliyyətsizlikdir”.

Gevin Uilyamson, Böyük Britaniyanın müdafiə naziri: “Biz yaşam tərzimizə qarşı təhdidlə üz-üzəyik və hadisələrin belə gedişatı bir daha müdafiə qabiliyyətimizi möhkəməndirməyə sövq edir”.

Tom Tagenhed, Böyük Britaniya İcmalar Palatasının xarici məsələlər üzrə komitəsinin sədri: “Putinin Qərblə qaşrılıqlı əlaqələrdə yalnız hərbi vasitələrə üstünlük verməsi təəssüf doğurur”.

Karl Bildt, İsveçin keçmiş baş naziri: “Əgər dünya müdriklik nümayiş etdirsəydi, ABŞ və Rusiya arasında strateji sabitlik üzrə danışıqların yeni fazası başlar və konkret qərarlar qəbul edilərdi.

Maryana Betsa, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü: “2014-cü ilin martın 1-də Ruisya Federasiya Şurası hərbi qüvvələrin xarici ölkələrdə tətbiq olunmasına razılıq verdi. İndi isə Putin bütün dünyanı nüvə zərbələri ilə hədələyir.

Taro Kano, Yaponiyanın xarici işlər naziri: “Soyuq müharibə bitdikdən sonra ABŞ öz nüvə arsenalını xeyli azaltdı. Lakin Rusiya və Çin tam əksinə hərəkət etdi və bu bir faktdır.

Oana Lunqesku, NATO-nun rəsmi nümayəndəsi: “Rusiyanın bəyanatı bizim müttəfiqlərimizə yönəlik bir təhdiddir, qəbuledilməzdir və qeyri-konstruktivdir. Biz dəfələrlə alyansın raket əleyhinə sisteminin Rusiyaya qarşı yönəlmədiyini bəyan etmişik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26