Interposta.Info

“Lavrovun qəhqəhəsi, Putinin məmnunluğu...” - Qərb mətbuatı

Siyasət
 12-05-2017, 16:38     522

Amerikalı ekspertlər Ağ Evi Moskva ilə bağlı konkret strategiyaya malik olmamaqda ittiham edirlər

“ABŞ prezidenti Tramp Lavrovu Putinin istəyi ilə qəbul etdi. Daha sonra isə Lavrovun Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Ağ Evdə qəhqəhə çəkdiyi fotolar yayımlandı.


“Nəzərə almaq lazımdır ki, Obama administrasiyası bir neçə dəfə Rusiya xarici işlər nazirinə audensiya verməkdən qəti şəkildə imtina edib.
İndi Lavrovun Trampla fotolarının prezidentin Kremllə əlaqələrini araşdıran FTB direktoru Ceyms Kominin vəzifəsindən çıxarılması fonunda peyda olması əslində Tramp üçün olduqca xoşagəlməz situasiya hesab edilməlidir”, - ABŞ-ın nüfuzlu Politico saytının icmalçısı Suzan Qlasser yazır.

Müəllifin fikrincə, Lavrovun gülüşü, əslində ABŞ-ıı məsxərəyə qoymaqdan başqa bir şey deyil.
“Lavrovun qəhqəhəsi, Putinin məmnunluğu...” - Qərb mətbuatı


“Lavrov 20014-cü ildən bu yana Putinlə yan-yana məhz Amerikanın hesabına Rusiyanın əvvəlki şöhrətini geri qaytarmaq üçün çalışır. Bu səbəbdən Ağ Evdəki səhnə Putin və onun xarici işlər naziri üçün təkcə siyasi tamaşadakı sürrealist anlarından ibarət deyildi.

Bu əvvəlki iki prezident dövründə gərginləşən münasibətlərdən sonra onların seçki öncəsində Trampa dəstəyinin nə qədər doğru olduğunun göstəricisi oldu”, - yazıda qeyd edilir.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbounun da qeyd etdiyi kimi, “Lavrov üçün bu görüşün özü və protokol çəkilişləri, gəlinən hər hansı nəticədən asılı olmayaraq bütün dünyaya, o cümlədən rus xalqına Rusiyanın böyük siyasətə geri döndüyünü və izolyasiyadan çıxdığının nümayiş etdirilməsi oldu.

Bu səbəbdən Rusiya üzrə bir sıra ekspertlər Trampın Lavrova Suriya və Ukrayna kimi məsələlərdə öz şərtlərini ona diktə etməsindən ehtiyat etdiklərini bildirirlər.

Bu gün ABŞ-ın Rusiya ilə bağlı heç bir kursu yoxdur. Bunun əksinə, Putin bizə qarşı qəti şəkildə müəyyən olunan kursla hərəkət edir”, -ekspertlərdən biri Qlasserə bildirib.

“Tramp Rusiyanın xarici işlər naziri ilə ümumiyyətlə görüşməli deyildi”, Atlantic Council araşdırma mərkəzinin əməkdaları Mark Simakovski və Daniel Vaydiçin ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalıındakı məqaləsində belə deyilir.

Putinin hərəkətləri Pekin və İran üçün də cəsaətləndirici faktorlardır. Əgər ABŞ Ukraynanı Putinə təslim etsə (Suriyadakı gələcəyi qaranlıq, qeyri-müəyyən əməkdaşlıq müqabilində) bu elə bir dalğa effekti yarada bilər ki, hətta dünyada hökm sürən indiki ağır situasiya gələcəkdə ən dinc dövr olaraq yadda qala bilər”,- məqalə müəllifləri qeyd edir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26