Interposta.Info

Trampın milli təhlükəsizlik müşaviri:

Siyasət
 17-04-2017, 20:33     516

Sergey Lavrov: “Biz köməkçilərin deyil, prezidentin nə dediyinə önəm veririk”
Donald Tramp administrasiyasının nüfuzlu üzvlərindən biri, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Herbert Makmaster Rusiyanın Avropada dağıdıcı fəaliyyət göstərdiyini bəyan edib.


Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, general Makmaster konkret hansı fəaliyyətdən söhbət getdiyini aydınlaşdırmasa da, ekspertlər bunun Fransa və Almaniyada keçiriləcək seçkilərlə bağlı olduğunu təxmin edir.

ABŞ-ın indiki rəhbərliyi Rusiyanı həmin ölkələrdə millətçi dəyərləri önə çıxaran və Avropa Birliyini parçalamağa çağıran siyasi qüvvələri dəstəkləməkdə ittiham edir.

Avropalıları əsas narahat edən Moskvanın Fransadakı prezident seçkilərində Marin Le Pen və Almaniyadakı parlament seçkilərində “Almaniya üçün alternativ” Partiyasını dövlət səviyyəsində dəstəkləməsidir. Marin Le Pen Fransada prezidentliyə namizədlər arasında Rusiya prezidenti Vladimir Putinin görüşdüyü yeganə siyasətçidir. ABŞ-ın isə konkret olaraq özünə yaxın hiss etdiyi lider yoxdur.
Trampın milli təhlükəsizlik müşaviri:

Maraqlıdır ki, Marin Le Pen ABŞ-dakı prezident seçkilərində Donald Trampı dəstəklədiyini bəyan etmişdi. Avropadakı digər millətçi qüvvələrin də Trampa olan sevgiləri tamamilə sönüb. Donald Trampın özü Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını artıq ayrı cür şərh edir. O, bu hadisənin birliyə yeni nəfəs gətirdiyini və daha da qüvvətləndirdiyini bəyan edib.

D.Trampın Avropadakı sərt tənqidçiləri də ona olan mövqelərini dəyişiblər. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Trampın “tarixin nəfəsini hiss etməyə başladığını” bildirib.

Onu da vurğulamaqda gərək var ki, general Herbert Makmaster yeni administrasiyanın “şahin”lərindən biri hesab olunur. O, bu yaxınlarda Rusiya ilə əlaqələrdə olmasına dair şübhələrə görə istefa etməyə məcbur qalan digər general Maykl Flinni əvəzləyib.

H.Makmaster Rusiyaya həmişə düşmən mövqe ilə yanaşıb. 2015-ci ilin fevralında o, Ukraynadakı hadisələrlə bağlı olaraq, ABŞ-ı Rusiyaya yönəlik “ön hüdudlarda durdurma” prinsipini tətbiq etməyə çağırmışdı.

Bundan başqa general H.Makmaster Rusiyanı Avropadakı rusdilli azlıqlardan diversiya məqsədləri üçün istifadə etməkdə günahlandırıb. General Herbert Makmasterin söylədiklərinə Rusiyadan rəsmi reaksiya özünü çox da gözlətməyib.
Trampın milli təhlükəsizlik müşaviri:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasındakı münasibətlərlə bağlı köməkçilərin deyil, prezidentin nə söylədiyinin onlar üçün əhəmiyyət daşıdığını qeyd edib: “Prezident Donald Tramp isə Rusiya Federasiyası ilə münasibətləri düzəltmək niyyətində olduğunu bəyan edib. Elə biz də buna hazırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26