Interposta.Info

“Ona da Ərdoğan deyərlər” - Türkiyə referenduma “hə” deyəcək?

Siyasət
 15-04-2017, 14:07     654

Məlum olduğu kimi, sabah Türkiyədə referendum keçiriləcək. Səsvermədə 51 milyon seçicinin iştirak edəcəyi gözlənilir. Referendumun Türkiyədə və regionda hökm sürən vəziyyətə görə gərgin keçəcəyi gözlənilir.

Çünki Müxalif Milliyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası (CHP) və kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) isə referendumun keçirilməsinə qarşıdır.

Bəs ümumxalq səsverməsinin nəticələri necə olacaq? Türkiyə xalqı referenduma "hə” deyəcəkmi?

interposta.info xəbər verir ki, BakiPost.az bununla bağlı politoloqların rəyini öyrənib.

Qabil Hüseynli bildirib ki, AKP-nin qələbə qazanacağına böyük ümidlər var:
“Ona da Ərdoğan deyərlər” - Türkiyə referenduma “hə” deyəcək?


"Çüni AKP daha yaxşı təbliğat qura bildi. İnzibati resurslardan öz xeyrinə istifadə etməyi bacardı. Refenrendumla konstitusiyasının qəbul edilməsinin Türkiyəyə nə verəcəyini demək çətindir. Amma bir şey aydındır ki, referendumda əhali konstitusiyanın qəbul edilməsinə "hə” deyəcək”.

Referendum günü və ya sonra terror hadisəsinin törədilmə ehtimalına gəlincə, politoloq belə cavab verib: "Ona da Ərdoğan deyərlər. Zənn etmirəm ki, hansısa terrorun olmasına imkan versin”.

Politoloq Arzu Nağıyev isə hesab edir ki, sabah keçiriləcək referendumun nəticəsinin nə olacağını dəqiq demək çətindir:
“Ona da Ərdoğan deyərlər” - Türkiyə referenduma “hə” deyəcək?


"Regionda baş verən hadisələrə görə referendumun gərgin keçəcəyi gözlənilir. Seçkinin nəticəsinin nə olacağı da bəlli deyil.

AKP-nin seçki ilə bağlı apardığı təbliğata görə onlar seçkidə qalib ola bilər. Referendumda səsverməyə çıxarılan yeni konstitusiyada əsas məsələ prezidentin səlahiyyətlərinin artırılması, baş nazirlik institutunun ləğvi, vitse-prezidentlik institutunun yaradılmasıdır. Yəni, hazırda parlamentdə olan bütün hüquqların çoxu prezidentə keçəcək”.

Politoloq vurğulayıb ki, sabahkı seçki heç də sakit şəkildə keçməyəcək: "Çünki referendum ərəfəsində Türkiyənin bir çox bölgələrində partlayışlar baş verdi. Düşünürəm ki, yeni terror aktları da baş verə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26