Interposta.Info

Moskva Bakıya söz versə ki...

Siyasət
 28-03-2017, 07:28     508

Rusiya-Türkiyə-Azərbaycan ittifaqı baş tutarsa, bu, region çox əhəmiyyətli bir hadisə ola bilər.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, tərəflər əvvəlcə bu üçlüyün ideoloji, siyasi bazasını hazırlamalı və bu prinsiplərə sona qədər sadiq qalacaqlarını bəyan etməlidirlər:


“Açığı, Rusiya bir çox beynəlxalq müqavilələri, Ukrayna ilə bağlı Minsk razılaşmasını tez-tez pozub. İndi Rusiya-Türkiyə-Azərbaycan üçlüyü yaranarsa, bu, Moskvanın Cənubi Qafqazdakı Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinin dəyişməsini də tələb edəcək. Çünki söhbət məsələnin beynəlxalq hüquq prinsipləri və BMT-nin məlum qətnamələri əsasında həllindən gedir ki, Rusiyanın buna münasibətinin necə olacağını söyləmək çox çətindir. Bu günlərdə Ermənistanda olan Rusiya qoşunları genişmiqyaslı hərbi təlimlər keçirdi. Bu hərbi təlimlər bir növ əzələ nümayişi idi və daha çox Azərbaycana psixoloji təsir göstərmək xarakteri daşıyırdı. Yeri gələndə Rusiya Ermənistana strateji müttəfiq, Azərbaycana isə strateji tərəfdaş kimi baxır. Bu fonda Ermənistana Azərbaycandan daha çox diqqət yetirmək məsələsi sual doğurur”.

Politoloq qeyd edib ki, əgər söhbət üçlü müttəfiqlikdən gedirsə, bu münasibətlər tərəflər arasında səmimi əlaqələrin qurulmasına gətirib çıxarmalı və onlardan biri digəri üçün problem yaratmamalıdır:

“Rusiya Ermənistan-Azərbaycan məsələsində mövqeyini dəyişəcəkmi və bunun özünü hansı şəkildə biruzə verəcəyi ilə bağlı suallara aydınlıq gətirilməlidir. Çünki Rusiya-Türkiyə-Azərbaycan üçlü ittifaqının baş tutması məhz bu iki suladan asılıdır”.

Qeyd edək ki, Ərdoğan bir müddət öncə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26