Ağ Evlə Kremlin arasını düzəldən sirli qadın -

Donald Trampın Kremllə yaxınlaşmaq niyyətləri heç kimə sirr deyil. Qərb jurnalistləri ABŞ prezidenti ilə Rusiya rəhbərliyi arasında körpü qurulması üçün hər iki dövlətdən bir çox qurumun və şəxsin işə girişdiyini yazır.
Bunlardan biri də rusiyalı iş qadını Mariya Butinadır.
“Cəmi bir neçə il qabaq Mariya Butina Sibirdə mebel mağazalarının sahibi idi. İndi isə bu qadın Vaşinqtondan olan siyasi məsləhətçilərlə, respublikaçı strateqlərlə və mafiya əlaqələrində şübhəli bilinən bir Rusiya bankiri ilə müxtəlif maxinasiyalarla məşğuldur”, - “The Daily Beast” qəzetinin yazarı Tim Kukun məqaləsi bu cümlələrlə başlayır.
Müəllfin yazdığına görə, şəraitdən asılı olaraq Mariya Butina gah Rusiya Mərkəzi Bankının nümayəndəsi, gah jurnalist, gah Vaşinqtonda oxuyan tələbə, gah da Trampın Rusiya ilə arasını düzəldən vasitəçi kimi təqdim edilir.
Tim Kuk Mariya Butina hekayəsinin Kremllə Vaşinqton arasında əlaəqlərdə yeni səhifə olduğunu qeyd edib.
“Butinanın iki insanla tanışlığı xüsusilə təccüb doğurur”, - müəllif davam edir:
“Bu qadın Respublikaçılar partiyasının fəalı, biznesmen Pol Eriksonla müştərək iş qurmaqla bərabər, Rusiyanın Mərkəzi Bankının sədr müavini, Putinin yaxın çevrəsinə daxil olan və mafiya ilə əlaqələrdə şübhəli bilinən Aleksandr Torşinin köməkçisi vəzifəsində çalışıb.
Jurnalistin xəbər verdyinə görə, Mariya Butina 2016-cı ilin noyabrın 12-də Donald Trampın seçilməsindən sonra təhsil aldığı Vaşinqtonda Cafe Deluxe-da böyük ziyafət verib. Tədbirdə Trampın seçki qərargahının bir sıra yüksək rütbəli nümayəndələri də iştirak edib. Orada Mariya Butina hamının yanında Trampla Rusiyanın arasının düzəlməsində iştirak etdiyi ilə öyünürmüş.
Butina və Eriksonun Cənubi Dakota ştatında yaratdıqları “Bridges LLC- məhdud məsuliyyətli şirkətinin nə işlə məğul olduğunu bu vaxta kimi heç kim bilmir.
Butinanın ABŞ-da nüfuz əldə etmək məqsədilə Eriksonu seçməsi də təsadüfi deyil. Amerika mühafizəkarlar birliyinin idarə heyətinin üzvü kimi Pol Erikson siyasi sektorda xeyli qüdrətli əlaqələrə malikdir.
Son illərdə isə Butina özünü Rusiyada silah gəzdirmək hüququ uğrunda mübariz kimi göstərir. 2011-ci ildə onu iştirakı ilə “Silah gəzrimək hüququ” qrupu yaradılıb.
Bir sıra müşahidəçilərin rəyincə, Rusiya kimi böyük və çoxmilyonlu, həm də kriminogen elementlərin üstünlük təşkil etdiyi ölkədə Mariya Butinanın yaratdığı təşkilat xarici hərbi-sənaye kompleksi və silah firmalarının lobbiçiliyi ilə məşğuldur.
Lakin Erikson Butinaya bu işdə kömək edən yeganə adam deyil. Mariya Butina Rusiya Federasiya Şurasının sədrinə 10 il müavinlik etmiş Aleksandr Torşinlə də yaxınlıq edir. Torşin bundan başqa Rusiyada nüfuzlu dövlət orqanı sayılan milli antiterrorçu komitənin üzvüdür.
Lakin Qərbdə Torşin daha çox mafiyanın pullarını bank əməliyyatları vasitəsilə xaricdə yuması ilə tanınır. Hazırda İspaniya hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi qaldırıb.
Bütün bunlara rəğmən Torşin Vaşinqtonda, xüsusilə Respublikaçılar partiyasına yaxın dairələrdə əziz qonaq kimi qəbul edilir. 2016-cı ildə isə onu Donald Trampın kiçik oğlu ilə bir ziyafətdə, eyni masa arxasında əyləşdiyi yerdə görüblər.
Yekunda müəllif bir epizodu oxuculara çatdırır. 2015-ci ilin iyulun 11-də Butina Vaşinqtondakı təhsilinə başladığı zaman, Las-Veqasda Trampın prezidentlik yolunda ilk tədbirlərdən birində iştirak edib.
Orada zalda Butina Trampa Rusiya əleyhinə olan sanksiyalar barədə soruşub. Tramp isə cavabında “Mən Putini tanıyıram, biz onunla yola gələ biləcəyik”,- deyib.
Bu gün Rusiyanın ABŞ-da prezidenti seçkilərinə müdaxilə etməsi ilə bağlı ortaya çıxan skandallardan sonra Tramp tvitterində “Mən Putini tanımıram” yazır.
“Bütün bunlar Kremlin lap əvvəldən Trampın komandası ilə işlədiyini göstərir” Tim Kuk qeyd edir./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26