Interposta.Info

Rüstəm və Mariya Rusiyanı belə biabır etdi

Dünya
 1-07-2017, 21:48     795

Türkiyənin turistik mərkəzlərindən sayılan Antalyanın Alanya bölgəsində otellərin birində istirahət edən rusiyalı cütlük öz hərəkətləri ilə Rusiya mediasının gündəminin zəbt edib.

Axar.az xəbər verir ki, Rusiyanın Surqut şəhərindən Türkiyəyə gələn Rüstəm və Mariya cütlüyü oteldən çıxarkən qaldıqları otaqdakı bütün əşya və ləvazimatları oğurlamağa cəhd ediblər.

Otel işçiləri çantalara baxış keçirdiyi zaman 14 rulon tualet kağızı, 5 litr likör, bir neçə dəsmal, 7 kilo portağal və ən maraqlısı isə otelin həyətindən kökü ilə birgə çıxarılmış çiçəklər aşkar edib.

Cütlük bu əməlinə görə 231 dollar məbləğində cərimə olunub.

Qeyd edək ki, bu olay Rusiya mediasında böyük əks-səda yaradıb.

Sosial şəbəkənin rusiyalı istifadəçiləri bu olaya “Biabır olduq”, “Rusiyaya zərbə vuran bunlardır”, “Özümüzü yenə göstərdik” kimi şərhlər veriblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26