Interposta.Info

Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi -

Ölkə
 6-06-2017, 07:20     453

Türkiyənin Kütahya bölgəsində yaşayan Yılmaz Akkaya istirahət üçün getdiyi ərazilərdən birində otel qiymətlərinin yüksək olduğundan şikayət edib. Qiymətlərin həddindən artıq yüksək olmasına maraqlı şəkildə etriaz edən Yılmaz mediada geniş müzakirə olunub.
Otelin qarşısında 1992-ci ildə istehsal olunan köhnə avtomobilinin içərisində bir nəfərlik otel otağını kölgədə qoyacaq şərait qurub. Avtomobilin içərisinə çarpayı, televizor, kiçik ölçülü soyuducu və bir sıra zəruri ev əşyaları yerləşdirən Yılmaz bütün bunlara cəmi 8 min türk lirəsi xərclədiyini deyib.
Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi -

Maşının şüşələrinə incə detallarla işlənmiş pərdə, sancaq və təsbehlər asan Yılmaz Akkaya dəri oturacaq və rəngarəng işıqları ilə vətəndaşların diqqətini çəkib.
Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi -

Avtomobili ilə bir çox istirahət zonalarını gəzən Yılmaz Akkaya, insanların ona qarşı maraqlı baxışlarından zövq aldığını deyib: "İnsanlar mənə yaxınlaşaraq onların avtomobillərini də bu cür bəzəməyimi xahiş edirlər"./publika.az

interposta.info
Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi -
Otelin qiymətlərindən əsəbləşdi, öz maşınında OTEL OTAĞI düzəltdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26