Interposta.Info

Astana sammiti ətrafında baş verən proseslərlə bağlı —

Siyasət
 19-01-2017, 18:24     606

Astana sammiti ətrafında baş verən proseslərlə bağlı —


Astana sammiti yaxınlaşdıqca sammit ətrafında söz-söhbətlər də çoxalır
Əvvəlcədən Rusiya, Türkiyə, İran və Suriya rəsmilərinin iştirak edəcəyi sammitə rəsmi Ankaranın istəyi ilə Türkiyəyə yaxın olan müxalif qruplardan bəzilərinin qatılacağı da deyilir.

Bundan başqa, Rusiya tərəfi ABŞ-ın da bu sammitdə iştirak etməli olduğunu deyib. Türkiyə rəsmiləri də bu təklifə dəstək verərək bildirib ki, ABŞ mütləq bu sammitdə iştirak etməlidir. Bu isə İranın qəzəbinə səbəb olub.

interposta.info bildirir ki, Astana sammiti ətrafında gedən söz söhbətlərlə bağlı politoloq İlqar Vəlizadə Ölkə.Az-a danışıb:

"Bu epizod onu göstərir ki, pərdə arxasında ciddi proseslər gedir və onlar nəzərə çarpmır. Əsas məsələ ondan ibarətdir ki, burada hər iştirakçı öz məqsədini güdür. Heç bir tərəf ümumi mövqedən çıxış etmir. Hər bir iştirakçı digərinin mövqeyini nəzərə almır.

İran bu formata əvvəlcədən də spesifik yanaşırdı. Bu epizod onu göstərir ki, pərdəarxası məsələlər üzə çıxmağa başlayır.

Rusiya bilir ki, ABŞ bu formatda keçirilən görüşlərdə iştirak etməyəcək. Astana sammitindən sonra ikinci görüş planlaşdırılırdı. Ola bilsin ki, ABŞ da Cenevrədə danışıqlara qoşulsun. Ancaq bu, Astana formatının davamı deyil. Cenevrə formatı BMT çərçivəsində fəaliyyət göstərən qrupun formatı ola bilər.

Baş verənlər onu göstətir ki, Suriyada problemin tənzimlənməsi ilə bağlı paralel proseslər gedir. Bir tərəfdə ABŞ, onun müttəfiqləri, BMT iştirak edir. Digər tərəfə isə Rusiya, Türkiyə, İran və Suriya rəsmiləri və Türkiyə ilə yaxın olan bəzi müxalif qrupları da qatmaq istəyirlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26