Interposta.Info

Suriya düyünü açılır:

Siyasət
 14-01-2017, 08:49     655

Suriya düyünü açılır:

Rusiya, İran və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutacaq üçtərəfli Astana görüşünə hazırlıq prosesi müzakirə edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun, həmçinin nazirliyin Yaxın Şərq və Şimali Afrika Departamentinin sədri Sergey Verşinin, İran XİN-nin nümayəndəsi Hüseyn Caberi Ənsari və Türkiyə XİN rəhbərinin müavini Sədat Önalın görüşdə iştirak etdiyi vurğulanıb.

“23 yanvar tarixində Astanada baş tutuması gözlənilən Suriya sammiti ilə bağlı məsələlər müzakirə edildi. Sammitin Suriyada uzunmüddətli və qalıcı atəşkəsin təmin edilməsi, BMT-nin siyahısına salınan terrorçulara qarşı mübarizə və Suriyada siyasi həll yolunun sürətləndirilməsi məqsədilə həyata keçiriləcəyi vurğulandı”, - məlumatda bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26