Interposta.Info

Rusiya, Türkiyə və İran razılığa gəldi

Dünya
 4-05-2017, 16:29     580

Rusiya, İran və Türkiyə Suriyada deeskalasiya zonaları haqqında memorandumun bəndləri barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik artıq memorandumda işlərin son mərhələsinin aparıldığını bildirib.

Sənədin bu gün, Suriya ilə bağlı ötən gündən başlayan və hazırda davam edən Astana görüşündə imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya Astana görüşündən öncə Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsini təklif etmişdi. Artıq Suriya hökuməti də bu tipli zonaların yaradılmasına izn verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26