Interposta.Info

Türkiyə Əsədin hakimiyyətini qəbul etdi -

Dünya
 25-01-2017, 20:18     655

Türkiyə Əsədin hakimiyyətini qəbul etdi -
Türkiyə Astana danışıqları ilə Suriya rejiminin hakimiyyətini qəbul etmiş oldu.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

İraqlı millət vəkili ilə görüşündə Vilayəti Astana görüşünü dəyərləndirib: "Astana danışıqları Türkiyə və ona bağlı qrupların Suriya rejiminin legitimliyini qəbul etdiyini göstərmiş oldu. Duruma hazır olmayan bəzi ölkələr də birbaşa və ya dolayısı yolla Suriya hökumətinin legitimliyinə boyun əymiş oldu".

Qeyd edək ki, yanvarın 23-24-ü keçirilən Astana görüşündə son 6 ildə ilk dəfə olaraq Suriya iqtidarı ilə müxalifəti bir masa arxasına əyləşib. Görüşlərin yekunu olaraq silahlı atışmaların dayandırılması üçün Rusiya, İran və Türkiyənin iştirakı ilə üçtərəfli mexanizm yaradılması barədə razılığa gəlinib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26