Interposta.Info

Türkiyə, Rusiya və İran ittifaqına bu ölkə də qoşulur

Dünya
 23-11-2017, 20:09     8 081

Rusiya, Türkiyə və İranın Suriya böhranının həlli ilə bağlı danışıqlar prosesinə Səudiyyə Ərəbistanı da qoşula bilər.

"XeberBiz" xəbər verir ki, bu sözləri rusiyalı ekspert Stanlislav Tarasov Sputnik-ə açıqlamasında deyib.

“Suriya böhranının həlli ilə bağlı ciddi addım atıldı. Suriyalı müxaliflər, xüsusilə Astana prosesində iştirak edənlər üçtərəfli görüşün bəyanatını dəstəklədi. Lakin orada Səudiyyə Ərəbistanının və Qətərin də dəstəklədiyi qruplar var. Onlar da eyni səmtə doğru hərəkət etməlidir. Ər-Riyad Suriya böhranının həlli üçün çalışacaq. Proses yeni başlayıb və uzun davam edəcək. Hər şey gözlənilir”, - ekspert bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26