Interposta.Info

Körfəz böhranının pərdəarxasında qaz savaşı gedir?

İqtisadiyyat
 13-06-2017, 18:00     503

Enerji məsələləri üzrə eskpert: “Türkiyə və Rusiyanın Qətər qazının Avropaya ixracında maraqları ola bilməz”

“Ərəb dünyası çox istədi ki, Qətəri yumşaq formada başa salsınlar ki, fikrindən vaz keçsin. Amma görünür Qətər Ərəb dünyasın başa düşmədi”.

interposta.info xəbər verir ki, bu sözləri “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə eskpert İlham Şaban son günlərin gündəm mövzusu olan Qətərlə Səudiyyə Ərəbistanı arasında baş verən qarşıdurmanın pərdə arxasında Avropaya qaz ixracı ilə bağlı olmasını Pia.az-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Maldiv adalarının Qətərlə diplomatik əlaqələri kəsib. Bu addım da Yaxın Şərqdə ciddi siyasi böhran yaradıb. Bu problem öncə, Qətərin İranla yaxın münasibətlər qurması ilə izah edilsə də sonradan ərəb ölkələrini qarşı-qarşıya qoya biləcək başqa səbəblər meydana çıxdı. Ərəb ölkələri arasında siyasi rəqabət isə daha çox Qətər və Səudiyyə Ərəbistanı arasında gedir. Yayılan bəzi məlumatlara əsasən Qətərlə Səudiyyə Ərəbistanı arasında baş verən qarşıdurmanın pərdə arxasında qazla zəngin olan Qətərin İran və Türkiyə ərazilərindən keçməklə “Türk axını” kəməri vasitəsi ilə Avropaya qaz ixrac etmək planları durur.
Körfəz böhranının pərdəarxasında qaz savaşı gedir?



İlham Şaban: “Ərəb ölkələrinin ağsaqqalı Səudiyyə Ərəbistanı idi və Qətərin bu yöndə Ər-Riyada rəqib olması gündəmi dəyişdi”.

Hələ 2011-ci ildə bu cür layihələrin gündəmdə olduğunu qeyd edən ekspert əlavə edib ki, Suriya böhranı başlayanda Qətər qazının Avropa bazarına çıxarılması və bununla bağlı iki qaz kəmərinin çəkilməsi mövzusunda Qərb mətbuatında müxtəlif yazılar gedirdi. Amma bu məsələnin Səudiyyə Ərəbistanı ilə əlaqələndirilməsi düzgün deyil:

“Əvvəla onu deyim ki, hələ 2011-ci ildə bu cür layihələr var idi. Yəni Suriya böhranı başlayanda Qətər qazanın Avropa bazarına çıxarılması və bununla bağlı iki qaz kəmərinin çəkilməsi mövzusunda Qərb mətbuatında müxtəlif yazılar gedirdi. Amma bu məsələnin Səudiyyə Ərəbistanı ilə əlaqələndirilməsi düzgün deyil. Həm də bu prosesdəki məsələlər sırf siyasi məsələlərdir. Yəni Qətərlə bağlı məsələlərdə iqtisadi məsələlərin heç bir rolu yoxdur. Qətərlə bağlı siyasi məsələ də ondan ibarətdir ki, Qətər kiçik bir ölkədir və bu kiçik ölkə qısa zamanda qazın ixracından hədsiz gəlir əldə edib varlanaraq, təkcə xaricdəki kapitalına 300 milyard dollardan artıq yatırım etdi.

Bundan sonra da Ərəb dünyasında siyasi ideyalar ortaya qoymağa başladı. Yəni Ərəb ölkələrinin ağsaqqalı Səudiyyə Ərəbistanı idi və Qətərin bu yöndə Ər-Riyada rəqib olması gündəmi dəyişdi”. Çünki Qətər ağsaqqal olan Səudiyyə Ərəbistanını saymamazlıq siyasəti yürütməyə başlayıb. Hətta Qətər Səudiyyə Ərəbistanının işlərinə də qarışmağa başlayıb. Yəni Qətər müxtəlif cəryanlar yaradıb onu maliyyələşdirməklə, öz kursunu yeritməyə başlayıb. Məsələn “Müsəlman qardaşlığı” hərəkatı kimi bir cəryanın Ərəb dünyasında xüsusi çəkisi olan Misirdə müxtəlif çevrilişlərdə əlinin olması buna sübutdur.

İlham Şaban: “Qətər Səudiyyə Ərəbistanının siyasətinə zidd olan proseslərdə iştirak edir”.

Ərəb dünyası çox istədi ki, Qətəri yumşaq formada başa salsınlar ki, fikrindən vaz keçsin. Amma görünür Qətər Ərəb dünyasın başa düşmədi. Çünki məsələlər kulminasiya nöqtəsinə çatdı və nəticə etibarı ilə indiki Ərəb daxili böhran vəziyyətində özünü göstərdi. Həm də onu da qeyd edim ki, Qətər Səudiyyə Ərəbistanının siyasətinə zidd olan proseslərdə iştirak edir. Məsələn bildiyimiz kimi İran Səudiyyə Ərəbistanının əzəli düşmənidir. Qətərin isə İranla münasibətləri çox yaxşıdır. Çünki İran və Qərətin ortaq qaz yataqları var.

Onsuz da Qətər öz qazını Avropya ixrac edir. Yəni keçən ildən Qətər öz qazını Polşaya ixrac etməyə başlayıb. Artıq Qətər ildə 1.2 milyard kubmetr qazı Polşaya ixrac edir. Bununla da Qətər Rusiyanın Polşa üzərində qaz ixracının monapolyasına son qoydu. Bir sözlə Qətərlə Rusiyanın siyasi-iqtisadi maraqları üst-üstə düşmür. Yəni qaz məsələsində Qətərlə Rusiyanın maraqları antoqonistdir. Çünki Rusiya Avropa bazarında öz mövqeyini saxlamağa çalışır. Qətər isə öz qazının Avropa bazarında genişləndirilməsi yönümündə siyasət aparır. Buna görə də Türkiyə və Rusiyanın Qətər qazının Avropaya ixracında bir maraqları ola bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26