Interposta.Info

Dilqəm Əsgərovu və Şahbaz Quliyevi verməyəcək

Paradoks
 21-05-2019, 22:49     10 519

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın sonunda regionda səfərdə olacaqlar. Onlar Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa səfər edəcəklər. Bu barədə Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan çərşənbə axşamı Yerevanda brifinqdə bildirib.

O deyib ki, həmsədrlər Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşünün keçirilməsini təklif ediblər. Ancaq görüşün nə zaman və harada baş tuta biləcəyini dəqiqləşdirməyib.

Əsirlərin “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsilə bağlı Bakının təklifinə toxunan Naqdalyan işarə edib ki, yeniyetmənin ölümündə ittiham olunan Dilqəm Əsgərovu və Şahbaz Quliyevi dəyişməyəcəklər.

Xatırladaq ki, iki ölkə XİN rəhbərinin apreldə Moskvada keçirilmiş son görüşündən sonra tərəflər humanist addımlar barədə bəyanatla çıxış ediblər. Əsasən bütün əsirlərin mübadiləsi, jurnalistlərin qarşılıqlı səfərləri nəzərdə tutulub. Bu təşəbbüs ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən dəstəklənib./turan

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26