Interposta.Info

ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycanı maksimum təmkinlik göstərməyə çağırıb

Siyasət
 31-05-2019, 18:49     10 346

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 27-30-da regiona səfərin yekunları ilə bağlı bəyanat yayıblar.

Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 27-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan, mayın 30-da isə Bakıda prezident İlham Əliyev ilə görüşüblər. Hər iki paytaxtda onlar xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Mayın 28-də həmsədrlər Dağlıq Qarabağda de-fakto hakimiyyət ilə görüşüblər.

Bakıda həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşüblər.

Dağlıq Qarabağda olan vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlərlə bağlı məlumatlandırılıb.

Səfərdə əsas məqsəd təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını dəyərləndirmək, o cümlədən martın 29-da Vyanada Azərbaycan prezidenti və Ermənistanın baş naziri, aprelin 15-də isə Moskvada iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələri davam etdirmək olub.

“İstəyə uyğun olaraq, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret sonrakı addımlar, həmçinin humanitar və təhlükəsizlik tədbirləri haqqında təkliflərini təqdim ediblər. Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərin yaxın zamanda onların himayəsi altında görüşün keçirilməsi barədə təklifini qəbul ediblər və təfərrüatları müvafiq vaxtda açıqlayacaqlar. Həmsədrlər son qurbanlara görə dərin narahatlıqlarını ifadə ediblər və tərəfləri eskalasiyadan yayınmaq üçün maksimum təmkinlik göstərməyə çağırıblar”, – bəyanatda deyilir./turan

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26