Interposta.Info

Neftçala Polis Şöbəsinə pul ayrılıb, lakin bina təmir edilməyib

Paradoks
 25-05-2018, 10:34     10 592

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının təmir olunmasına pul vəsaiti ayrılsa da, bina təmir edilməyib.

"XeberBiz" xəbər verir ki, RPŞ-dakı mənbə "Report”a faktı təsdiqləyib.

Bildirilib ki, binanın təmirinə iki il əvvəl – RPŞ-da Vüsal Şəbəndiyevin rəis olduğu vaxt müvafiq qaydada pul vəsaiti ayrılıb. Lakin bina indiyədək təmir edilməyib. Ayrılmış pul vəsaitinin hansı istiqamətdə xərcləndiyi isə məlum deyil.

Qeyd edək ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26