Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi

Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
"İnterPosta.info" "Report"a istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Bəkir Cabbarov şöbənin rəisi vəzifəsinə təyin edilib.
Bu təyinata qədər B.Cabbarov Zəngilan RPŞ-də rəis müavini idi.
Qeyd edək ki, Zəngilan polisinin əvvəlki rəisi, polis polkovniki Ənvər Həsənov isə bir müddət əvvəl Ağcəbədi RPŞ-nin rəisi təyin edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26