Interposta.Info

Vilayət Eyvazov yeni polis rəisi təyin etdi

Ölkə
 21-08-2019, 08:38     10 440

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

"İnterPosta.info" baku.ws- ə istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Bundan sonra sözügedən vəzifəni polis polkovnik-leytenantı Samir Həsənov icra edəcək.

Qeyd edək ki, S.Həsənov buna qədər Bakı şəhər Nərmanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin rəisi işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26