Interposta.Info

Jurnalist son yazısına görə basqına məruz qaldı…

Paradoks
 23-03-2018, 00:07     10 696

Mingəçevir şəhərində fəaliyyət göstərən “Azərbaycan Bələdiyyəsi” qəzetinin jurnaliti İxtiyar Həsənlinin Mingəçevir şəhərində qaçqın kimi məskunlaşdığı internat yataxanasında yerləşən evinə basqın olub.

Faktı təstiqləyən İxtiyar Həsənli Ölkə.info saytına bildirib ki, bayram ərəfəsində ailəsi ilə birgə Şəki şəhərində yerləşən atasının evinə qonaq gediblər.

22 mart tarixində evinə qayıdan İ.Həsənli yaşadığı evinin qapısına zor tətbiq edildiyini görüb. Dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları əraziyə baxış keçirib. İxtiyar Həsənli onuda vurğulayıb ki, illərdir Migəçevirdə yaşadığı müddətdə belə bir hadisə başına gəlməyib. Baş verən bu hadisənin çalışdığı “Azərbaycan Bələdiyyəsi” qəzetidə yazdığı sonuncu tənqidi materilla görə ona “gözdağı” vermək istəyiblər.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26