Interposta.Info

Evinə dəvət etdiyi iki xanım

İdman
 11-02-2017, 08:42     660

Evinə dəvət etdiyi iki xanım
Azərbaycan milli komandasının və "Araz Naxçıvan" klubunun futzalçısı Fineo de Araujo qarət olunub.

Report-un məlumatına görə, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub.

Hadisə ilə əlaqədar Fineo hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26