Interposta.Info

Gəlin birlikdə bölgə jurnalisti İxtiyar Həsənliyə dəstək olaq!

Ölkə
 31-01-2019, 01:58     10 721

Mingəçevir şəhər Xəstəxanası Publik Hüquqi Şəxsin-direktoru Könül Ələkbərov tanınmış jurnalist,”Azərbaycan Bələdiyyəsi”qəzetinin və Azbelediyye.info saytının müxbiri İxtiyar Həsənlini məhkəməyə verib.
Səbəb isə jurnalistin Mingəçevir Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqları, özbaşınalıqları və dövlət proqramının icrasında yol verilən nöqsanları araşdırma yazılarla gündəmə gətirməsidir. İddiaçı hesab edir ki, İxtiyar Həsənli “Təcili yardım,yoxsa “ölmüşlərə yardım”?” başlıqlı məqaləsində bunların “işgüzar nüfuzu”na xələl gətirib. Absurd iddialar irəli sürən Könül Ələkbərov jurnalistin təkzib verməsini və ona 20 min manat təzminat ödəməsini istəyir.
Bütün media nümayəndələrindən xahiş edirik ki, 01 fevral 2019-cu il tarxidən etibarən Mingəçevir şəhər Məhkəməsində başalanacaq bu prossesi diqqətdə saxlasınlar!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26