Interposta.Info

İcra başçısının müavininə atəş açdılar – ABŞERONDA İNSİDENT

Paradoks
 22-07-2017, 23:30     9 657

Bir neçə gün əvvəl Novxanı qəsəbəsində yerli sakinlərdən biri ilə Abşeronun icra başçısının müavini Fuad Cəbrayılov arasında insident yaşanıb.
İcra başçısının müavininə atəş açdılar – ABŞERONDA İNSİDENT

interposta.info xəbər verir ki, 24saat.org-un əldə etdiyi məlumata görə, insidentə səbəb obyekt söküntüsü olub. Həmin vaxt Fuad Cəbrayılov söküntüyə mane olan bir qadını təhqir edib. Onun bu addımı yerli sakinlərdən olan Hacı Eldar adlı şəxsin hiddətinə səbəb olub.

82 yaşlı həmin şəxs Fuad Cəbrayılova irad bildirib. Lakin icra başçısının müavini bu irada əhəmiyyət verməyib. Bundan sonra Hacı Eldar ov tüfəngilə Fuad Cəbrayılova xəbərdarlıq atəşi açıb. İcra başçısının müavinin bu olaydan sarsıntı keçirdiyi bildirilir.

Hacı Eldara gəlincə, onun saxlanıldığı iddia olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26