Interposta.Info

6 aydır əmək haqqı ala bilməyənlər komitə sədirinə və deputatlara etiraz etdilər – VİDEO MÜRACİƏT

Paradoks / Ölkə
 2-07-2017, 03:37     2 579

30.06.2017-ci il tarixdə məcburi köçkünlər deputatlara və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədir Əli Həsənova qarşı aksiya keçiriblər.

interposta.info bildirir ki, buna səbəb məcburi köçkünlərin dondurulmuş əmək haqqını 6 aydı ala bilməməsidir.

Etrazçılar bildirirlər ki, Əli Həsənov kommunal xərclər qalmaqalında televiziyada bizi təhqir edərək bildirirdi ki, kommunal xərclərə ayrılan pulları alan kimi gedib bazara qoz, fındıq alıb yeməyin.
Köçkünlər bildirirlər ki, Əli müəllimin ailə üzvüləri bizim kimi dondurulmuş əmək haqqıya möhtac qalsalar, bizi başa düşərlər. Köçkünlər sosial problemlərlə mübarizə apardıqlarını, amma komitə sədirinin nəvələri 100 minlik maşınlara sahib olduqlarınıda dilə gətirdilər.
Etraz edən köçkünlər onuda bildirirlər ki, Milli Məcilisin deputatları Bahar Muradova və Hadi Rəcəbli bildiriblər ki, məcburi köçkünlərin dondurulmuş əmək haqqının kəsilməsi lazımdır. 6 aydı əmək haqqı ala bilmədikərini deyən köçkünlər Ramazan bayramını da keçirə bilmədiklərini söyləyirlər.
Mərhum prezidentimiz Ulu öndər Heydər Əliyev biz biçarələrə güzəşd edərək, doğma torpaqlarımıza dönənə qədər yurd-yuvalarınızda iş yerləriniz bərpa olanana qədər dondurulmuş əmək haqqı alacaqsınız demişdir. Amma bəzi deputatlar və məmurlar bu gün bizim vətənə qayıdış ümüdümüzü qırırlar.
Etraz edən bir qurup məcburi köçkünlər Azərbaycan Prezidenti İlham Əliyevdən kömək istəyərək onların 6 aydır ala bilmədikləri əmək haqqılarının almasına köməkdarlıq etməsini xahiş edirlər.

interposta.info şikayətçilər tərəfindən çəkilmiş görüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26