Interposta.Info

Prezident məcburi köçkünlərin aylıq müavinət məbləğini artırdı

Ölkə
 21-02-2018, 19:21     10 490

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

interposta.info
AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılması barədə sərəncam verib.

Nazirlər Kabinetinə prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb təqdim etməsi tapşırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26