Interposta.Info

Məcburi köçkünlərin aylıq müavinəti 36 manatdan 56 manata qaldırıldı-

Gündəm
 16-02-2017, 15:19     10 442

Məcburi köçkünlərin aylıq müavinəti 36 manatdan 56 manata qaldırıldı-

“Qeyd etmək yerinə düşər ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılan vahid aylıq müavinətlər 20 manat artırılıb”.

CNNBaku xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov aznewsa “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər həmişə diqqət mərkəzindədir:

“Elə yerlər var ki, orada sayğac quraşdırmaq qeyri-mümkündür. Bəzi yerlərdə isə sayğaclarla bağlı müəyyən problemlər var. Ona görə də Prezident belə şəxslərin kommunal xidmətlərinin ödənilməsi üçün onların müavinətlərini 36 manatdan 56 manata qaldırıb”.

V.Əhmədov qeyd edib ki, məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinət “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına köçürüləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26