Interposta.Info

Məcburi köçkünlərin imtiyazları ləğv edildi

Gündəm
 14-01-2017, 13:20     1 092

Məcburi köçkünlərin imtiyazları ləğv edildi
Bu dəqiqələrdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun əmrinə əsasən “çörəkpulu” alan məcburi köçkün ailələriylə bağlı yeni qərarlar qəbul edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir ki, həmin qərara görə, artıq işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum ediliblər.
Bundan başqa məcburi köçkünlərə kommunal xərclərə görə, dövlərin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazlar da ləğv edilib.
Qeyd edək ki, indiyədək həmin kommunal xərcləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyatı üzrə “Azəriqaz”a və “Azərişıq”a ödəyidi.
Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26