Günay Malikqızı Naxçıvandakı vəzifəsindən ayrıldı
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, jurnalist Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində tutduğu vəzifədən ayrılıb. Onun vəzifədən azad edilməsi ilə bağlı əmr bu günlərdə imzalanıb.
Bildirək ki, Günay Malikqızı Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyində media və televiziya sahəsinə rəhbərlik edib.
Günay Malikqızı açıqlamasında məlumatı təsdiq edib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26





