Interposta.Info


Azərbaycan neftinin qiyməti 88 dolları ötdü
 

Ölkə
 Bu gün, 10:46     78

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Goldmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,99 dollar və ya 2,3% artaraq 88,82 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,78 ABŞ dolları və ya 2,13 % artaraq 84,96 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,88 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
Goldmedia.az 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26