Interposta.Info

Bakıda yarım milyonluq maşın qəza törətdi (FOTO)

Ölkə
 19-04-2024, 09:48     39 643

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

"Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan "Leap Motors C11” markalı maşına çırpılıb.

Zərbənin təsirindən "Maybach” deformasiyaya uğrayıb, "Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

"Maybach” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda fakt araşdırılır.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26