FIFA-2025: 1/4 final cütləri bəlli oldu

\ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final cütləri müəyyənləşib.
"İnterPosta"-nın məlumatına görə, bu, 1/8 final mərhələsinin son iki oyunundan sonra bəlli olub.
Braziliya təmsilçilərindən "Fluminense" bu raundda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası, "Palmeyras" İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Fransanın PSJ kollektivi Almaniya çempionu "Bavariya"nın, İspaniya təmsilçisi "Real Madrid" isə Almaniyanın "Borussiya" (Dortmund) komandasının müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, 1/4 final oyunlarına iyulun 4-də start veriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26