Interposta.Info

"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -

İdman
 23-11-2017, 00:10     6 362

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçirilir.

Musavat.com xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb.

Doğam meydanda 0-4 hesabı ilə məğlub olan “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırması rəsmiləşib. Qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşən Ağdam təmsilçisi bu səddi adlaya bilməyib.

Beşqat ölkə çempionumuzun 1/8 finala yüksəlməyəcəyi V turda dəqiqləşib. Bu gün “Çelsi” ilə ev oyununda 0:4 hesabı ilə uduzan “Qarabağ” növbəti mərhələyə vəsiqə verən ilk iki yeri tutmaq şansını itirib. Görüşün 18-ci dəqiqəsində hakimin şübhəli qərarı ilə kapitan Rəşad Sadıqov qırmızı vərəqə alaraq meydandan qovulub, ağdamlıların qapısına isə penalti təyin olunub. Azar dəqiq oynayıb.

Ardınca Villian fərqi artırıb. İkinci hissədə "Qarabağ" yenə penalti ilə cəzalanıb. Qara Qarayevin Villianı çəkməsi hakimin gözündən yayınmayıb. Bu dəfə də Fabreqas fürsəti əldən verməyib. Sonuncu qolu isə yenə Villian vurub. Braziliyalı uzaqdan zərbə ilə dublunu rəsmiləşdirib.

Bu şansın qalması üçün Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməli idi. Bu çətin vəzifənin öhdəsindən gələ bilməyən komandamız üçün sonuncu turun “Roma” ilə görüşündə Çempionlar Liqası baxımından əhəmiyyət kəsb etməyəcək.

Çünki hesabında 2 xalı olan “Qarabağ” bu günku qələbə ilə 1/8 finala vəsiqəni təmin edən “Çelsi” (10 xal), həmçinin “Roma”ya (8 xal) çatmaq üçün nəzəri şansını da itirib. Lakin Ağdam klubu 3-cü yeri tutmaq və bununla Avropa Liqasına yollanmaq şansını saxlayır.

Son tur da məhz qitənin ikinci dərəcəli turniri baxımından rol oynayacaq. Lakin “Atletiko” bugünkü görüşdə evdə “Roma”ya qalib gəlsə, üçüncülük şansı da bitəcək və “Qarabağ”ın 4-cü yeri tutması rəsmiləşəcək. Bu üzdən də ümidlər əvvəl “Roma”ya, sonda da Romayadı. Çünki son turda təmsilçimiz İtaliya paytaxtında oynayacaq və “Çelsi”nin “Atletiko”ya xal verməməsinə ümid edəcək. Bu səbəbdən gözlər bu gücə "Roma" - "Atletiko Madrid" matçında olacaq.

Qeyd edək ki, “Atletiko” – “Roma” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr, C qrupu

“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Azar, 21 (pen.), Villian, 37, 85, Fabreqas, 73 (pen.)

Qırmızı vərəqə: Rəşad Sadıqov, 18

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

“Çelsi”: 13. Tibo Kurtua, 2. Anton Rüdiger, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodrigez, 21. Davide Zappakosta, 22. Villian, 28. Sezar Azpilikueta, 30. David Luiz

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkvoter, 9. Alvaro Morata, 14. Timo Bokoyako, 24. Qari Keyxil, 27. Andersen Kristensen, 66. Düjon Sterlinq

Baş məşqçi: Antonio Konte

interposta.info
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -
"Qarabağ" "Çelsi"yə yenə böyük hesabla məğlub oldu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26