Bakıda körpü buz bağladı, 7 avtomobil toqquşdu
Bakının Xətai rayonunda yol qəzası baş verib.
Qəza Babək prospektində qeydə alınıb.
"Ford” markalı yük maşının sürücüsü asfalt qatının buz bağlamasına görə sükana nəzarəti itirib. Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan "Toyota” markalı avtomobil "Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir birinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmasın deyə tədbir görüb. Onlar sürücülərə paytaxt ərazisində xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib./apa
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26