Interposta.Info

Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb

Ölkə
 24-09-2017, 20:13     10 358

Goranboyda baş verən yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza zamanı yaralanan "VAZ-21099" markalı avtomobilin sərnişini, 1953-cü il təvəllüdlü Şəfiqə Alı qızı Qasımova təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Onlar Gəncədəki xəstəxanalardan birinə aparılıblar.

***

Goranboyun Dəliməmmədli şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, "VAZ-21099" markalı avtomobil ilə hazırda markası məlum olmayan digər bir maşının toqquşmsı nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26