Interposta.Info

Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara dair çağırış etdi
 

Ölkə
 Dünən, 16:30     5 525

Dünən sosial şəbəkə hesablarında və bəzi media orqanlarında orta məktəblərdə və ali təhsil müəssisələrində rus dilində təhsilin dayandırılması ilə bağlı "rəsmi bildiriş" adı altında xəbərlər yayılıb.

Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Nazirlik isə rus dilində təhsilin dayandırılması ilə bağlı rəsmi heç bir məlumat paylaşmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26