Interposta.Info

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib-

Ölkə
 25-09-2017, 09:33     10 158

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.

Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "99-KL-905" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.
Fakt araşdırılır.

interposta.info
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib-
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib-
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib-
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib- Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib-

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26