Interposta.Info

Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var

Gündəm
 31-03-2018, 10:17     10 613

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib.

"XeberBiz" "Report"a istinadən xəbər verir ki, "10-LJ-600" dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğlu Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkət olarkən, işıqforun qırmızı işığından keçib.

Nəticədə onun 28 May küçəsindən gələn Əsgərov Elvin Əsgər oğlunun idarə etdiyi "Nissan Sunny" markalı avtomobil onun maşınına çırpılıb. BMW-də olan sərnişinlərdən biri ağır xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, BMW-nin sürücüsü E.Adıgözəlov sərxoş vəziyyətdə olub. O, yol polislərinin "saxla!" əmrinə tabe olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

Həmin şəxs bir neçə ay öncə sərxoş vəziyyətdə Heydər Əliyev prospektində avtoxuliqanlıq edib. O, Yol Patrul Xidmətinin qanuni "saxla!" əmrinə tabe olmayaraq şəhər ərazisində təhlükəli manevrlərə yol verib və saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Sürücü məhkəmənin qərarına əsasən, 15 gün müddətinə həbs edilib.

interposta.info E.Adıgözəlovun Heydər Əliyev prospektində etdiyi avtoxuliqanlığın görüntülərin təqdim edir:




Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var
Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var
Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var
Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var
Sərxoş məmur oğlu qırmızı işıqda keçib qəza törətdi: ağır yaralı var

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26