Interposta.Info

Gömrük orqanlarında həmin şəxs xidmət etmir - DGK-dən avtoxuliqan sürücü ilə bağlı açıqlama -

Müxtəlif
 17-11-2017, 14:18     10 589

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

interposta.info-ın məlumatına görə, bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir: "Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26