Interposta.Info

İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdi – FOTO

Paradoks
 6-10-2017, 17:10     9 921

Sabiq futbolçu İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdiyinə görə saxlanılıb

interposta.info Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Cavadov Cavad İsgəndər oğlu idarə etdiyi 10 HB 009 dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Cavadov yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub.

Sürücü C.Cavadov inzibati məsuliyyətə cəlb edilib. Avtomobili isə cərimə meydançasına yerləşdirilib. C.Cavadov izahatı alındıqdan və cərimələndikdən sonra sərbəst buraxılıb.

interposta.info

İsgəndər Cavadovun oğlu avtoxuliqanlıq etdi – FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26