Interposta.Info

Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib (VİDEO)

 

Ölkə
 11-03-2024, 15:01     22 420

Fransanın dəstəyi ilə bölgəyə Liviya, Suriya və Yaxın Şərqdəki ölkələrdən terrorçular gətirilib.

Bununla bağlı ARB-nin "Diqqət efir” verilində süjet yayımlanıb.

Yerli və xarici ekspertlər mümkün eskalasiyada Azərbaycanın atacağı addımlardan danışıblar. Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı bildirir ki, gündəlik 12 dollar pul müqabilində bir çox terror qrupunun üzvləri Ermənistanın maraqlarını təmin etmək üçün təxribat əməllərinə cəlb edilirlər. Fransanın maliyyələşdirdiyi bu terrorçu qruplar arasında "Yerkrapa”, "Sasna Tsrer”, "Voma”, "Nor ASALA” və "Bever” təşkilatları yer alır. Türkiyəli politoloq İsmail Cingöz isə mümkün müharibədə iştirak etmək üçün Zəngəzur bölgəsinə Liviyadan, Suriyadan və Yaxın Şərqdəki ölkələrdən hətta PKK terror təşkilatı üzvlərinin də Ermənistana dəstək üçün bu coğrafiyaya gətirildiyini bildirir.

Bəs Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab tapmağa çalışıb. Gürcü jurnalist Qriqol Qiorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları vaxtı, yəni 26 iyul-11 avqust 2024-cü il tarixlərində hücum edə biləcəyi qeyd olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26